Türkiyə

Dördüncü istefa

Türkiyə Superliqası təmsilçisi “İstanbulspor” baş məşqçisi Fatih Tekke ilə yolları ayırıb.

Aut.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

 

Qeyd edək ki, “İstanbulspor” bu mövsüm F.Tekkenin rəhbərliyi altında meydana çıxdığı 4 matçın 2-də heç-heçə edib, 2-də uduzub. Komanda 2 xalla 20 komanda arasında 19-cu pillədə qərarlaşıb.

Xatırladaq ki, bundan əvvəl Superliqa klublarından “Başakşehir” Emre Belözoğlunu, “Kayserispor” Çağdaş Atanı, “Qaziantep” Erdal Güneşi istefaya göndərib.