Türkiyə

Mafiya üzvləri “Xəzər Lənkəran”ın əfsanəsini al-qana boyadılar – VİDEO/FOTO

“Xəzər Lənkəran” və “Beşiktaş” klublarının əfsanəvi futbolçusu Oktay Dərəlioğlu və həyat yoldaşı Başak Dərəlioğlu döyülüb.

Aut.az xəbər verir k, cütlük bir qrup şəxsin hücumuna məruz qalıb. Hadisə dekabrın 5-də saat 16:30 radələrində Kadıköydə baş verib.

Oktay Dərəlioğlunun idarə etdiyi avtomobil yolun daralması səbəbindən başqa bir avtomobil tərəfindən sıxışdırılmağa başlayıb. Bundan sonra ona hücum ediblər. Aldığı yumruqlarla yerə yıxılan sabiq futbolçunu xilas etməyə çalışan xanımı yoldan keçən vətəndaşlardan kömək istəyib.

Otkay Dərəlioğlunun qolu çıxdığı üçün xəstəxanaya aparılıb. Əməliyyat olunan və müalicəsini davam etdirilən sabiq hücumçu son vəziyyəti haqda danışaraq “Onların ən ağır cəzanı almalarını istəyirəm” – deyib.

Qeyd edək ki, Türkiyə millisinin sabiq üzvünə hücum edən şəxslərin mafiya üzvləri olduğu iddia edilir.

Mafiya üzvləri "Xəzər Lənkəran"ın əfsanəsini al-qana boyadılar - VİDEO/FOTO