Mourinyo İngiltərəyə qayıtmaq istəyir: Görün hansı kluba göz dikib
“Fənərbğaça”nın portuqaliyalı baş məşqçisi Joze Mourinyo Eddi Hou klubdan ayrılacağı təqdirdə “Nyukasl”ın baş məşqçisi olmaq istəyir.
Aut.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.
“Xüsusi” hesab edir ki, “sağsağanlar”ın məşqçi postu İngiltərədə ən yaxşı seçimdir, çünki o, “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem”də olub. Mourinyo yalnız bu yay “Fənərbağça”ya keçib, lakin artıq başqa variantları nəzərdən keçirir. Məşqçi şəxsən “Nyukasl”ın rəhbəri Yaser əl-Rumayanla görüşüb və onunla əlaqə saxlayır.
“Çelsi” və “Arsenal” üzərində qələbələrdən sonra Eddi Houya inam artıb, lakin klub sahiblərinin Çempionlar Liqasına çıxmaq ambisiyalarını nəzərə alaraq, heç kim ingilisə uzunmüddətli iş vəd etmir. Hou özü də “Nyukasl”dan ayrılmaq istəmir.
Mourinyonun rəhbərlik etdiyi “Fənərbağça” bu mövsüm Türkiyə çempionatında üçüncü, Avropa Liqasında isə 21-ci pillədə qərarlaşıb. “Nyukasl” İngiltərə çempionatında 12 turdan sonra 11-ci yerdədir.
Aut.az
