Premyer Liqa klublarına “yox” dedi – Vətənə qayıdır
“Arsenal”ın şotlandiyalı müdafiəçisi Kiran Tirni İngiltərə Premyer Liqasının bir neçə klubundan imtina edib.
Aut.az xəbər verir ki, bu barədə “Scottman” məlumat yayıb.
Mənbənin məlumatına görə, 27 yaşlı futbolçu “Lester”, “Brentford” və “Vest Hem”ə transferə razı olmayıb. Futbolçu yalnız karyerasına başladığı “Seltik”ə qayıtmağı düşünür.
Kiran “Arsenal”da sol cinah müdafiəçisi mövqeyində çıxış edir.
Aut.az
