Heyvanlarla müqayisə ediblər: Görün Yamal nə qədər təhqir olunub
“Barselona”nın hücumçusu Lamin Yamal noyabr ayında İspaniya sosial mediasında azarkeşlərin irqçi və təhqiramiz şərhlərinin əsas hədəfinə çevrilib.
Aut.az xəbər verir ki, İspaniya İrqçilik və Ksenofobiya Mərkəzinin məlumatlarına görə, noyabr ayında sosial mediada idmanla bağlı irqçi dildə paylaşılan bütün mesajların 6%-i ispan futbolçunun payına düşüb.
Yamal, 11 noyabrda İspaniya Kral Futbol Federasiyasının razılığı olmadan qasıq ağrısını müalicə etmək üçün prosedur keçirdikdən sonra İspaniya milli komandasından kənarlaşdırıldıqdan sonra yenidən bu cür hücumların əsas hədəfinə çevrilib. Bundan sonra internetdə 18 yaşlı oyunçunu heyvanlarla müqayisə edən çoxsaylı mesajlar yayılıb.
Mərkəzin son aylıq hesabatına görə, sosial mediada qeydə alınan irqçi və ya ksenofob mesajların ümumi sayı 779.198-ə çatıb ki, bunlardan 39.054-ü noyabr ayında aşkarlanıb. Noyabr ayında mesajların 51%-i platformalar tərəfindən silinib.
Aut.az
