Peres onun oyununa heyran olub – 160 milyon ayırdı
“Real Madrid”in prezidenti Florentino Peres bu yay “Bayern”in hücumçusu Maykl Oliseni transfer etməkdə maraqlıdır.
Aut.az xəbər verir ki, jurnalist Kristian Falkın sözlərinə görə, fransız hücumçunun Çempionlar Liqasının 1/4 finalında “Real Madrid”ə qarşı (1-2) oyundakı çıxışı onun niyyətlərini möhkəmləndirib.
Mənbənin məlumatına görə, “Kral klubu” 24 yaşlı cinah oyunçusu üçün 160-165 milyon avro ödəməyə hazırdır. Lakin Almaniya nəhənginin Oliseni, hətta 200 milyon avroya belə satmaq istəmədiyi vurğulanır. “Bayern” hücumçuya yeni müqavilə təklif etmək niyyətindədir.
Olise bu mövsüm bütün yarışlarda 41 oyunda meydana çıxıb, 16 qol vurub və 29 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 140 milyon avrodur.
Aut.az
