“Barselona”nın superistedadına xəbərdarlıq edildi
“Barselona”nın və İspaniya millisinin sabiq yarımmüdafiəçisi Sesk Fabreqas Kataloniya klubunun gənc istedadı Lamin Yamala xəbərdarlıq edib.
Aut.az xəbər verir ki, o, hesab edir ki, karyeraya belə erkən başlanğıc son nəticədə oyunçuya qəddar zarafat edə bilər:
“Mən çox şeydə səhv etdim. Erkən vaxtlarda kifayət qədər gücüm yox idi. Düşünürəm ki, artıq 30 yaşım olanda bu mənə mənfi təsir etdi. 32 yaşım olanda isə hiss etdim ki, bədənim mənim yaşımdakı digər futbolçular kimi reaksiya vermir. Özümü 38 yaşım kimi hiss edirdim”.
