İspaniya

“Barsa”ya qələbəni Levandovskinin taktiki göstərişi qazandırıb – FOTO

“Barselona” Çempionlar Liqasının 5-ci turunda “Ayntraxt Frankfurt”a (2:1) qalib gəldi.

Aut.az xəbər verir ki, komanda Levandovskinin taktiki tövsityəsi sayəsində əzmkar qələbəyə nail olub.

Eşford deyir ki, Robert Levandovski fasilədə ona “Daha çox asama etmək lazımdır” deyib. Məntiq sadə idi: Robert artıq Rafinyanın asmasından sonra qol vurmuşdu, amma oyundankənar vəziyyətə görə ləğv edilmişdi. Ancaq rəqibdə boşluq tapılmışdı.

İkinci hissədə “Barsa” Levandovskinin tövsiyəsinə əməl etdi. Reşford topu cərimə meydançasına göndərdi və Kounde ötürməni qəbul etmək üçün bir yol tapdı – 1-1.

Və sonra eynisi təkrarlandı. Yamalın ötürməsindən sonra “Ayntraxt”lılar növbəti səhvə yol verdi, Kunde hamıdan yüksək sıçrayaraq ikinci qolu baş zərbəsi ilə vurdu.

Bu, sadə hesablama idi: əgər rəqib yaxşı deyilsə, asma etməyə davam edin. Levandovski bunu gördü, komanda qulaq asdı və ardıcıl iki qol məhz belə gəldi.

Aut.az