Laporta Yamalla Dubaya gedir: Həm mükafat, həm də…
“Barselona”nın prezidenti Xuan Laporta və hücumçu Lamine Yamal bu həftə sonu Dubaya səfər edəcəklər.
Aut.az xəbər verir ki, “Globe Soccer Awards” qalasına qatılacaqlar.
Tədbir bazar günü keçiriləcək və Yamal burada “Barselona”nın qadın komandası ilə birlikdə önəmli bir mükafat alacaq.
Laporta həmçinin superagent Jorje Mendeş ilə görüşməyi planlaşdırır. Mendeş bir sıra “Barsa” oyunçularını nümayəndəsidir və “Globe Soccer Awards” üzərində böyük nüfuza malikdir.
Bu görüş yanvarda potensial transferlər üçün də qapı aça bilər, çünki Barcelona yeni mərkəz müdafiəçisi axtarışındadır.
Aut.az
