İspaniyaİngiltərə

Sosial mediada özü haqqında yazılanları oxumur: Səbəbini açıqladı

Cud Bellinqem sosial mediada özü haqqında yazılanları oxumur.

Aut.az xəbər verir ki, Bellinqem bu barədə İngiltərə mətbuatına danışıb:

“Birmingem”də gənc oyunçu olanda “Tvitter”də adımı yazır və haqqımda yazılan hər şeyi oxuyurdum. Amma şərhlər müsbət olsa belə, tez qərara gəldim: “Niyə məni tanımayan digər insanların fikirlərinin özümlə bağlı hisslərimə təsir etməsinə icazə verməliyəm?”

“Tvitter”də nələrisə oxumamışdan əvvəl də yaxşı futbolçu olduğumu bilirdim. Bəs nə mənası var?

Mən neqativlə qarşılaşsam, təbii ki, təsiri tam tərsi olar. Və yenə özümə sual verdim: “Niyə psixi sağlamlığımı belə bir sınaqdan keçirirəm?”

Aut.az