Anri Artetanın oyun stili barədə: 22 ildir gözləyirik
“Arsenal”ın keçmiş hücumçusu Tyerri Anri London komandasının oyun tərzi ilə bağlı tənqidlərə cavab verib.
Aut.az xəbər verir ki, Anri bu barədə İngiltərə mətbuatına danışıb.
“Bir “Arsenal” azarkeşi olaraq, onların oyun stilini bəyənməyə bilərəm, amma hörmət edirəm. Demirəm ki, onlar mütləq liqanı qazanacaqlar, amma qazansınlar. Necə qazansalar da, buna hörmət edəcəyəm.
Mənim nəyi sevməyimin, anamın və ya atamın nəyi sevməsinin fərqi yoxdur. Mikel Artetadan qalib gəlməyin bir yolunu tapmasını istədik və o da tapdı. Bu, çox sadədir. Çempionluğu qazanmaq istəyirəm, 22 ildir”, – deyə Anri bildirib.
Aut.az
