İngiltərə

Daha bir variant: Ailə səhmləri tam sata bilər

“Mançester Yunayted”in səhmlərinin mümkün satışı ilə bağlı yeni xəbərlər yayılıb.

Aut.az xəbər verir ki, bu barədə “The Times” qəzetinin jurnalisti Şarlotta Danker açıqlama verib.

“Belə bir ehtimal var ki, Qleyzerlər bütün səhmləri sata bilərlər. Düşünürəm ki, onlar bunu ağlabatan qiymətə edəcəklər”, – jurnalist “Sky Sports”da deyib.

Xatırladaq ki, ötən gün Səudiyyə Ərəbistanında böyük qlobal idman tədbirlərinə ev sahibliyi edən Səudiyyə Ərəbistanının Baş Əyləncə İdarəsinin sədri Turki Əl-Şeyx özünün “Facebook” səhifəsində “Mançester Yunayted”in yeni investorla qabaqcıl danışıqlar apardığını elan edərək, şəxsən bununla heç bir əlaqəsinin olmadığını açıqlayan yazı dərc edib.

Qleyzerlər 2005-ci ildən “Mançester Yunayted” Futbol Klubunun sahibi olan Amerika ailəsidir. Alqı-satqıda əsas fiqur amerikalı iş adamı Malkolm Qleyzer olub, o, leverageli alış yolu ilə klubun nəzarət paketini əldə edib və bu, dərhal azarkeşlər arasında narazılıq dalğasına səbəb olub.

2014-cü ildə Malkolmun ölümündən sonra idarəetmə onun övladlarına, xüsusən də klubun idarə olunmasında əsas rol oynayan Coul və Avram Qleyzerlərə keçib.

Aut.az