Türkiyəli oyunçudan unikal nailiyyət: Bunu ilk dəfə o bacardı
“Hyuston Rokets” klubunun üzvü Alperen Şengün Milli Basketbol Assosiasiyası (NBA) müntəzəm mövsümündə “Yuta Cazz” ilə oyunda (125:133) “double-double” göstəricisi ilə yadda qalıb.
Aut.az xəbər verir ki, 23 yaşlı türkiyəli oyunçu 31 xal toplayıb və 14 assist edib. Bundan əlavə, onun hesabında 8 ribaund, 2 top oğurlama və 5 blok var. “StatMuse” statistika xidməti qeyd edir ki, Şengün NBA tarixində bu göstəriciləri bir oyunda əldə edən ilk oyunçudur.
Qeyd edək ki, Alperen bu mövsüm indiyə qədər 18 NBA oyununda iştirak edib və oyun başına orta hesabla 22,8 xal, 9,1 ribaund və 7,3 assistə nail olub.
