Basketbol

Rədd ol buradan: Əfsanə operatoru təhqir etdi

“Los Anceles Lakers”in 40 yaşlı ulduzu Lebron Ceyms “Dallas Mavericks”lə  matçda (112:97) operatora qarşı kobudluq edib.

Aut.az xəbər verir ki, Lebron işini görən operatora qəzəblənib.

“Rədd ol buradan. Sən mənə mane olursan”, – komanda skamyasında oturmağa çalışarkən Lebron operatora qışqırıb.

Görüşün ən məhsuldar oyunçusu 45 xal, 6 məhsuldar ötürmə və 8 ribaundla “Lakers”in oyunçusu Luka Donçiç olub. Lebron Ceyms 7 ribaund və 3 məhsuldar ötürmə ilə 27 xal toplayıb.

Aut.az