İngiltərə

Hər şey Slott İbitsada diceylik edəndə başladı: Skoluz “Liverpul”un dərdini dedi

“Mançester Yunayted”in sabiq futbolçusu Pol Skoulz “Liverpul”un baş məşqçisi Arne Slotu keçən mövsümün sonunda İbitsa səfərinə görə tənqid edib .

2024/25 mövsümündə “Liverpul” aprelin 7-də Premyer Liqanın 34-cü turunda “Tottenhem”i məğlub edərək (5:1) vaxtından əvvəl çempionu olub.

May ayında mersisaydlıların baş məşqçisi İbitsada Qari Linekerin qardaşı Ueynə məxsus “O Beach” klubunda qələbəni qeyd edib.

“Liverpul”un bəzi futbolçularının titul qazandıqdan sonra Dubaya səfər etdiyi də bildirilirdi.

Aut.az xəbər verir ki, Skoluz bu barədə “The Good, The Bad and The Football” podkastında deyib:

“Düşünürəm ki, hər şey keçən mövsümün sonunda başladı –  onlar çempion olandan sonra baş verənləri xatırlayırsınız? Tənəzzül onlar İbitsaya və başqa yerlərə gedəndə başladı.

Arne Slot İbitsada diceylik edirdi. Amma bu, mövsüm bitməmişdən əvvəl idi, demək istədiyim budur. Məncə, bunu mövsüm bitməmiş etmək hörmətsizlikdir. Məncə, bu biabırçılıqdır”.

Aut.az