Jotanın şərəfinə divar rəsmi çəkildi – FOTO
Liverpulda Dioqo Jotaya həsr olunmuş divar rəsmləri peyda olub.
Aut.az xəbər verir ki, Dioqonun şərəfinə divar rəsminin çəkildiyini “Liverpul” açıqlayıb.
Rəsm “Enfild” stadionundan bir neçə dəqiqəlik piyada məsafədə yerləşən “Halfway House” pubunun divarındadır.
“Liverpul” və Portuqaliya yığmasının hücumçusu və Portuqaliyanın ikinci liqa klubu “Penafiel”də çıxış edən qardaşı Andre iyulun 3-də İspaniyada yol qəzasında həlak olublar.
Jotanın avtomobilinin təkər partladıqdan sonra yoldan çıxaraq yandığı bildirilir.
Aut.az

