İngiltərə

Son 3 ildə Premyer Liqada ən çox qazanan klub

Premyer Liqa klublarının son üç mövsümdə maliyyə uğurlarının reytinqi hazırlanıb.

Aut.az xəbər verir ki, reytinqi Britaniyanın “LondonWorld” nəşri hazırlayıb.

Hesabat açıq əldə edilən məlumatlar əsasında hazırlanıb. Nəticədə bu mövsüm Premyer Liqada iştirak edən 20 klubdan yalnız 5-i müsbət saldo nümayiş etdirib.

Ən uğurlusu isə gəliri xərcləri 67,1 milyon funt-sterlinq üstələyən “Liverpul” olub. 46,3 milyon gəlirlə “Şeffild Yunayted” ikinci, “Bernli” isə üçüncü (31,9 milyon) olub. Həmçinin eyni dövr üçün müsbət göstərici “Vest Hem” (25,8 milyon) və “Tottenhem”də (2,2 milyon) qeydə alınıb.

Xatırladaq ki, “Liverpul” hazırda 20 turdan sonra 45 xal toplayaraq Premyer Liqaya başçılıq edir və ikinci pillədəki “Aston Villa”nı 3 xal qabaqlayır.

Aut.az