Seksual Buşar karyerasını başa vurur – FOTOLAR
Kanadalı tennisçi Ejeni Buşar karyerasını vətənində, Monrealda keçiriləcək turnirdə başa vuracaq.
Aut.az xəbər verir ki, bu barədə 31 yaşlı tennisçi sosial şəbəkədə yazıb:
“zamanın gəldiyini hiss edirsən. Mənim üçün o vaxt indi çatdı. Hər şeyin başladığı yerdə — Monrealdə vidalaşıram”.
Sabiq dünya “TOP-5”-liyinə düşən Buşar 27 iyul – 7 avqust tarixlərində baş tutacaq nüfuzlu WTA 1000 turnirində əsas mərhələyə “wild card” ilə qatılacaq.
Ejeni Buşar 2014-cü ildə Uimbldon turnirinin finalçısı, həmin il Avstraliya və Fransa Açıq turnirlərinin yarımfinalçısı olub. 2023-cü ildə Kanada yığmasının heyətində Billi Cin Kinq Kubokunun qalibi adını qazanıb. Karyerası ərzində iki WTA tituluna yiyələnib, onlardan biri fərdi kateqoriyadadır.
Qeyd edək ki, Buşar həm də qadın tennisində ən cəlbedici və seksual idmançılardan biri kimi tanınır.
Aut.az





