Basketbol

Azərbaycan millisi qələbə qazandı

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarındakı üçüncü matçını da qələbə ilə başa vurub.

Aut.az xəbər verir ki, yığma A qrupunun matçında Fildişi Sahili seçməsinə 21:14 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, Azərbaycan qrupdakı ilk qarşılaşmasında Səudiyyə Ərəbistanını 21:8, ikinci matçda isə Türkiyəni 19:11 hesabı ilə məğlub etmişdi. Bu nəticələrdən sonra milli qrupunu ilk sırada tamamlayıb. Yarımfinala adlayan Azərbaycanın növbəti rəqibi B qrupunu ikinci sırada bitirən komanda olacaq.