Basketbol

“Olimpiakos” “Real”ı “Dördlər finalı”na buraxmadı

“Olimpiakos” Avroliqanın 2024/25 mövsümünün “Dördlər finalı”na yüksəlib.

Aut.az xəbər verir ki, yunan klubu Madriddə “Real Madrid”i 86-84 hesabı ilə məğlub edib. Bu qələbə seriyanı tamamlamağa kifayət edib – 3:1.

Daha əvvəl Türkiyənin “Fənərbaxça” klubu “Dördlər finalı”na vəsiqəni təmin etmişdi.

Xatırladaq ki, bu il tarixdə ilk dəfə olaraq “Dördlər dinalı” Avropadan kənarda keçiriləcək. Turnirə Abu Dabi şəhəri ev sahibliyi edəcək. Qarşılaşmalar mayın 23-25-də baş tutacaq.

Aut.az