Basketbol

Bu fanat bir atışla 100 min dollar qazandı – FOTO

“Los Angeles Lakers” azarkeşi bir atışla 100.000 dollar qazanıb.

Aut.az xəbər verir ki, “Toronto” ilə keçirilən oyunda fasilə zamanı həmin şəxs meydançanın mərkəzindən topu halqaya atıb və buna görə 100 min dollar qazanıb.

Yeri gəlmişkən, “Leykers” azarkeşini dramatik qələbə ilə sevindirib – 132:131.