Basketbol

Azərbaycan klubu 2 oyunçu ilə müqavilə imzaladı

NTD iki gənc basketbolçu ilə müqavilə imzalayıb.

Aut.az xəbər verir ki, Azərbaycanın U-20 millisinin üzvü Ramazan Qarayev və U-18-də çıxış edən Mübariz Mirzəyev növbəti mövsümdən paytaxt təmsilçisində çıxış edəcək.

Bundan əlavə, ötən mövsümdə komandanın uğurları üçün çalışan Hacısaməd Oğuzun sözləşməsinin müddəti uzadılıb.