48 saat qaldı
“Mançester Yunayted”in hücumçusu Ceydon Sanço yaxın iki gün ərzində “Borussiya Dortmund”a icarə əsasında keçəcək.
Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Borussiya” 23 yaşlı ingilis futbolçunun icarəsi üçün 3,5 milyon avrodan çox pul ödəyəcək. Yaxın vaxtlarda futbolçu tibbi müayinədən keçməlidir.
Xatırladaq ki, Ceydon Sanço ötən il avqustun sonunda komandanın baş məşqçisi Erik ten Haqla mübahisə etdikdən sonra “qırmızı şeytanlar”ın “qara siyahısı”na düşüb.
O, 2021-ci ildə “Mançester Yunayted”ə elə “Borussiya”dan keçib.
