“Arsenal” onun maaşını artırdı
İspaniyalı qapıçı David Raya “Arsenal”dan maaş artımı alıb.
Aut.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Mənbənin sözlərinə görə, 30 yaşlı qolkiper hələ bu ilin yayında London klubu ilə yeni müqavilə barədə razılığa gəlib, lakin “Arsenal” hələlik rəsmi olaraq yeni anlaşmanı elan etməyib.
Yeni müqavilənin müddəti əvvəlki kimi qalır – 2028-ci ilin yayına qədər. Bununla belə, Rayanın maaşı artırılıb.
Xatırladaq ki, Raya “Arsenal”a 2023-cü ilin yayında keçib. Əvvəlcə klub onu “Brentford”dan 3,5 milyon avroya icarəyə götürmüş, bir il sonra isə 31,9 milyon avroya transfer etmişdi. Hazırda ispaniyalının bazar dəyəri 40 milyon avro təşkil edir.
Aut.az
