Qvardiola “Yunayted”in həmsədrinə belə cavab verdi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandasının əzəli rəqibi “Mançester Yunayted” barədə danışıb.
Aut.az xəbər verir ki, “şəhərlilər”i zirvədən aşağı salaca\əna ümid etdiyini bildirən “qırmızı şeytanlar”i=ın yeni həmsədri Cim Ratkliffin sözlərinə cavab verib.
“Digər komandalar bunu etməli olduqlarını başa düşdükdən sonra bizə daha da yaxınlaşacaqlar. Uğur “Yunayted”dən geri qalanda onları izləyir, heyran qalırdıq. Bu şərhlərə əsasən, onların tezliklə qayıdacaqlarını hiss edirəm”, – deyə Qvardiola bildirib.
Premyer Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşan “Siti” 6-cı yerdə olan MY-i 12 xal qabaqlayır.
