İtaliya

Murdar, axmaq – Osimhen Xviçanın agentini təhqir etdi

“Napoli”nin hücumçusu Viktor Osimhen Xviça Kvaratsxeliyanın maraqlarını təmsil edən agent Mamuka Cuqelini sərt şəkildə tənqid edib.

Aut.az xəbər verir ki, gürcü agent Osimhenin gələcəyindən danışaraq, onun yayda Səudiyyə Ərəbistanı klublarından birinə keçəcəyini bildirib.

“Hörmətli Mamuka Cuqeli, sən murdar və biabırçısan. Mən sənin düşüncəndən utanıram, axmaq! Mənim adımı dilinə gətirmə! – Osimhen sosial mediada yazıb.

Osimhen 2020-ci ildən “Napoli”də çıxış edir. Bu mövsüm forvard partenopeylilərin heyətində bütün turnirlərdə 18 oyun keçirib, səkkiz qol vurub və üç məhsuldar ötürmə edib. Futbolçu bu yaxınlarda İtaliya klubu ilə müqaviləsini 2026-cı ilin iyunun sonuna kimi uzadıb. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 110 milyon avrodur.

Aut.az