“Roma”nın baş məşqçi postuna sürpriz namizəd: “Çelsi”nin əfsanəsi…
“Çelsi”nin keçmiş baş məşqçisi Frenk Lempard yaxın vaxtlarda “Roma”nı çalışdıra bilər.
Aut.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Lempard “Roma”nın baş məşqçisi vəzifəsinə əsas namizədlərdən biridir. Hazırkı məşqçi İvan Juriç böyük ehtimalla yaxın vaxtlarda istefaya göndəriləcək.
Aut.az
