Basketbol

“İlin məşqçisi” mükafatını tənqid etdi: Mövsüm boyu…

“Boston Seltiks”in baş məşqçisi Coy Mazzulla maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, o, “İlin məşqçisi” mükafatı ilə bağlı fikirlərini bölüşüb.

“Əgər bu “İlin məşqçilər heyəti” və ya “İlin təşkilatı” mükafatı olsaydı, bu, başqa məsələ idi. Amma sonda mən mövsüm boyu bir dənə də olsun xal qazandıran top atmadım. Bizim məşqçilər heyəti də heç bir xal vurmadı. Heç bir blok etmədik. Müdafiəyə qaçmadıq. Ardıcıl oyunlarda iştirak etmədik. Zədələrlə oynamadıq. Əslində biz heç nə etmədik. Əgər səni qələbə qazanacaq vəziyyətə gətirən oyunçuların yoxdursa, bunun heç bir əhəmiyyəti yoxdur.

Mən sadəcə minnətdaram – mənim üçün ən böyük mükafat qələbə qazanmaq istəyən və komandamızın mədəniyyətinin bir hissəsi olan oyunçuları çalışdırmaqdır”.

Aut.az