Nəriman oynadı?
Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” MLS-də növbəti oyuna çıxıb.
Aut.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Los Anceles Qalaksi” ilə qarşılaşıb. Matç “Kolumbus Kryu”nun qələbəsiylə başa çatıb – 2:1.
Nəriman bu oyunda meydana çıxmayıb. O, sona qədər ehtiyatda qalıb.
“Kolumbus Kryu” 9 turdan sonra 9 xalla 9-cu sıradadır.
