Basketbol

Avroliqada ən böyük maaş büdcəsi hansı klubdadır?

Yunanıstanın iki komandası – “Panatinaikos” və “Olimpiakos” klubları 2024/2025 mövsümündə Avroliqada ən böyük maaş büdcəsinə sahibdirlər.

Aut.az xəbər verir ki, bu barədə “Eurohoops” nəşri yazıb. Məşqçilər Ergin Ataman və Georgios Bartsokasın maaşlarını nəzərə alsaq, klubların hər birinin maaşları üçün xərcləri 20 milyon avro təşkil edir.

“Olimpiakos”da maaş liderləri Saşa Vezenkov (€ 3.900.000), Evan Fournier (€ 2.100.000) və Mustapa Falldır (1.850.000).

“Panatinaikos”da ən çox maaş alan basketbolçular bunlardır: Kostas Sloukas (€2.680.000), Kendrik Nunn (€2.390.000) və Juancho Hernangomez (2.200.000).

Xatırladaq ki, Avroliqanın hazırkı çempionu final oyununda Madrid “Real”ına 95:80 hesabı ilə qalib gələn “Panatinaikos”dur.

Aut.az