Basketbol

Əfsanədən təəccüblü açıqlama: Ona qarşı müdafiə oluna bilməyəcəkdim

NBA-da oynamış basketbolçu və NBA tarixinin ən yaxşı  müdafiəçilərindən biri olan Raja Bell maraqlı açıqlama verib.

Aut.az xəbər verir ki, 47 yaşlı əfsanə “Filadelfiya 76ers”in üzvü Coel Embiid qarşısında müdafiə olunmaqda çətinlik çəkəcəyini bildirib:

“Mən mütləq Coel qarşısında özümü müdafiə edə bilməyəcəkdim. İstənilən oyunçuya qarşı müdafiə oluna bilərdim, amma ona qarşı yox”.

Qeyd eədk ki, Bell “Filadelfiya 76ers”, “Dallas Mevriks”, “Yuta Cazz”, Phoneks Sans”, “Şarlott” və “Qolden Steytt Uarriors” komandalarında çıxış edib. Raja NBA-da 706 oyun keçirib.

Embiid isə ABŞ komandasının heyətində Parisdə keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.

Aut.az