Mbappe rekordu haqda: Bu, insanları təsirləndirmir
Fransa yığmasının hücumçusu Kilian Mbappe karyerasında vurduğu 400 qol barədə danışıb.
Aut.az xəbər verir ki, Mbappe Ukrayna ilə (4:0) keçirilən 2026-cı il dünya çempionatının seçmə mərhələsinin 9-cu turunda dubl edib. Bununla da onun klub və milli komanda səviyyəsində bütün turnirlərdə vurduğu qolların sayı 400-ə çatıb.
O bildirib: “400 insanları təsirləndirmir. İnsanları həqiqətən şoka salanların sırasında olmaq istəyirsənsə, daha 400 qol vurmalısan. Ronaldonun 1000 qolu var. Ona çatmaq, real deyil. Amma gəlin qeyri-reala can ataq, cəhd etmək lazımdır. Bizim cəmi bir karyeramız var.
Mən özümün ən yaxşı versiyasına çevrilməli idim. Keçən il yığmada mənim üçün çətin keçdi, bu mövsüm isə göstərməli idim ki, milli komanda mənim üçün önəmlidir. Mənim bir missiyam varmı? Hər kəs futbol haqqında danışa bilər, amma dünya çempionatında oynamaq… Yalnız orada oynayanlar bunun nə qədər xüsusi olduğunu anlayır. Bütün dünyanın qarşısında öz ölkəni təmsil etmək bir imtiyazdır”.
Aut.az
