Dünya futbolu

Neymarın gələcəklə bağlı planı üzə çıxdı: Görün nə etmək istəyir

Neymarın gələcəklə bağlı yeni planları məlum olub.

Aut.az xəbər verir ki, yetirməsi olduğu “Santos”la 6 ay müddətinə müqavilə imzalayacaq “sambaçı” gələn mövsüm Avropaya qayıtmağı planlaşdırır. Bu barədə nüfuzlu insayder Floryan Plettenberq məlumat yayıb.

Buna görə də Neymarın “Santos”la müqaviləsində sözləşmənin uzadılması ilə bağlı hansısa bənd yer almayıb.

Qeyd edək ki, ötən gün “Əl-Hilal” 32 yaşlı ulduz futbolçunun müqaviləsinə xitam verdiyini açıqlayıb.

Aut.az