Dünya futbolu

Rusiya millisi yoldaşlıq oyununda 11:0 hesabla qalib gəldi

Rusiya millisi yoldaşlıq oyununda Bruney yığmasına böyük hesabla qalib gəlib.

Aut.az xəbər verir ki, “Krasnodar” stadionunda baş tutan matçda ev sahibləri 11:0 hesablı qələbə qazanıblar.

Bununla da ruslar tarixlərinin ən böyükhesablı qələbəsini əldə ediblər.

Qeyd edək ki, noyabrın 19-da Rusiya daha bir yoxlama görüşü keçirəcək. Valeri Karpinin rəhbərlik etdiyi yığma Suriya ilə qarşılaşacaq.