Dünya futbolu

Arda Turanın “Şaxtyor”u hansı futbolu oynayacaq?

Ukrayna “Şaxtyor”unun yeni baş məşqçisi Arda Turan futbolçularla işini hansı prinsiplər üzərində qurmağa çalışacağını açıqlayıb.

Aut.az xəbər verir ki, Arda bu barədə klubun saytına danışıb.

“İlk növbədə, həmişə olduğu kimi, “Şaxtyor”un hücum futbolu oynayacağı dəqiqdir. Amma mənim fikrimcə, daha vacib olan iki əsas məqsəddir. Birincisi komandadır, digəri şəxslər.

Bilirəm ki, hər bir oyunçunun şəxsi məqsədləri var, amma komanda məqsədi daha vacibdir. Əgər şəxsi məqsədlərin komanda hədəflərindən üstün olmasına imkan verməsəm, biz birlikdə daha yüksək hədəflərə çatacaq. Hər kəs daha əvvəl etmədiklərini edəcək. Bir məşqçi kimi hər bir oyunçudan indi ən vacib olanı – komandanın məqsədini tələb edəcəm”, – deyə Arda deyib.

Aut.az