Dünya futbolu

Məişət qəzası: DÇ-2022-nin qalibi xəstəxanaya yerləşdirildi

“Bavariya”, “İnter” və Braziliya millisinin keçmiş müdafiəçisi Lusio məişət qəzasında yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb.

Aut.az xəbər verir ki, bu barədə “Sport.de” məlumat yayıb.

47 yaşlı Lusio hazırda Braziliyada xəstəxanada mütəxəssislərin nəzarəti altındadır. Bildirilir ki, DÇ-2002-nin qalibinin şüuru yerindədir.

Lusimar da Silva Ferreyra 2001-ci ildə Leverkuzen klubuna keçib və üç ildən sonra “Bayern”ə transfer edilib.

2009-2012-ci illərdə “İnter”də çıxış edib. O, həmçinin “Yuventus” və bir sıra Braziliya klubları ilə müqavilə imzalayıb. Müdafiəçi Braziliya millisində 105 oyun keçirib və 4 qol vurub.

Aut.az