Dünya futbolu

Avropaya qayıtmaq istəmir: Səbəbini özü açıqladı  

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun hücumçusu Ayven Toni komandadan ayrılmaq istəməməsinin səbəbini açıqlayıb.

Aut.az xəbər verir ki, İngiltərə Premyer Liqasının bir neçə klubu, eləcə də Turinin “Yuventus” klubu əvvəllər onu transfer etməyə çalışmışdı. “Daily Mirror” qəzetinin məlumatına görə, Toni deyib:

“Hazırda özümü yaxşı hiss edirəm və Səudiyyə Ərəbistanında qol vurmağa davam etsəm, Dünya Kubokunda oynamaq şansım daha yüksək olacaq. Bu liqada qol vurmaq mənim üçün asan deyil, çətindir. Amma belə bir komandada oynamaq mənə şans verir”.

29 yaşlı hücumçu bu mövsüm bütün turnirlərdə 28 oyunda iştirak edib, 26 qol vurub və 8 məhsuldar ötürmə edib. Xatırladaq ki, 2026-cı il Dünya Kuboku ABŞ, Kanada və Meksikada keçiriləcək.

Aut.az