Görün bukmekerlər ünlü komanda üçün hansı əmsalı təklif edirlər
Niderlandın bukmeker kontoru ZEbet “Ayaks”ın birbaşa ikinci diviziona düşəcəyi proqnozuna 100.00 əmsal verir.
İndi Avropanın ən məşhur klublarından biri, bu yaxınlarda Çempionlar Liqasında partlayış edən komanda elit divizionda sondan əvvəlki, 17-ci yerdədir.
Komandanın 7 turdan sonra 5 xalı var. 17-ci yerin sahibi elitanı birbaşa tərk edir.
Pley-offda oynamaq üçün 16-cı yerdə olmaq lazımdır.
“Ayaks”ın çempionluğu üçün əmsal 125.00-dır. İlk dəfədir ki, komandanın çempionluq şansı üçün verilən əmsal aşağı liqaya düşməkdən çoxdur.
Maraqlıdır ki, Niderlandın 2-ci divizionunda çıxış edən “Ayaks”ın gənclərdən ibarət komandası sonuncu yerdədir.
Oktyabrın 23-də rəhbərlik baş məşqçi Moris Steyni istefaya göndərib.
Aut.az
