Fırıldaqçılıq çiçəklənir: Poqbanın bağışlanmasına reaksiya
İngiltərənin bir sıra komandalarının sabiq yarımmüdafiəçisi Coi Barton “Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın dopinqə görə aldığı 4 illik diskvalifikasiyanın bir il yarıma endirilməsi xəbərinə münasibət bildirib. Bu barədə dünən, oktyabrın 4-də məlumat verilib.
“Fırıldaqçılıq çiçəklənir!”- Barton “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Ötən ilin avqustunda fransalı yarımmüdafiəçi dopinq testindən müsbət keçib. Fevralın 29-da antidopinq məhkəməsi futbolçunun 4 il müddətinə futboldan kənarlaşdırılması qərarını təsdiqləyib. Məhkəmə Poqbanın fəaliyyətinin dayandırılmasına qərar verdikdən sonra o, apellyasiya şikayəti verib. Nəticə olaraq, İdman Arbitraj Məhkəməsi (CAS) onun cəzasını azaldıb.
Aut.az
