Təsdiqlədi: Müzakirə aparırlar
PSJ Lionel Messi ilə yeni müqaviləni müzakirə etdiyini təsdiqləyib.
Aut.az “Telefoot”a istinadla xəbər verir ki, bunu klubun idman direktoru Luis Kampos açıqlayıb:
“Biz yeni müqaviləni müzakirə edirik. İstərdim ki, o, bizim layihədə olsun, bizimlə işləməyə davam etsin. Əgər Messi müqaviləni uzatsa, şad olaram”.
35 yaşlı Messi PSJ-yə 2021-ci ilin yayında pulsuz keçib. Argentinalı futbolçu komandanın heyətində 58 oyunda 26 qol vurub və 29 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə cari mövsümün sonunda başa çatır.
