İspaniya

Flikdən etiraf: Onun yenidən zədələnməsinin günahkarı kimdir?

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik jurnalistlərə qeyri-rəsmi müsahibə verərək maraqlı etiraf edib.

Aut.az xəbər verir ki, o, klubun vinger Rafinyanın zədəsindən sonra tez bir zamanda meydançaya qayıtmasına tələsdiyini bildirib. Nəticədə bu, zədəsinin təkrarlanmasına səbəb olub. Bunu AS jurnalisti Xavi Miguel öz X (Twitter) səhifəsində yazıb.

Son günlər KİV-lər bildirirdilər ki, braziliyalı hücumçu budun arxa əzələsində zədənin təkrarlanması səbəbindən təxminən bir ay oyunlardan kənarda qala bilər. Rafinya məşq zamanı yenidən narahatlıq hiss edib.

Qeyd edək ki, sentyabrın sonunda o, İspaniya çempionatının 6-cı turu çərçivəsində “Oviedo”ya qarşı oyunda (3:1) zədələnmişdi.