Tufan Sadıqovun komandasında xaos: Baş məşqçi bu sözləri dedi və getdi
Azərbaycanlı iş adamı Tufan Sadıqovun sahibi olduğu “Serikspor”un baş məşqçisi Sergey Yuran klubdan ayrılıb.
Aut.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Nazim Türknas məlumat verib.
56 yaşlı rusiyalı mütəxəssis komandası “Pendikspor”a 0:4 hesabı ilə uduzduğu Türkiyə birinci liqasının 11-ci tur oyunundan sonra mümkün istefasını açıqlamışdı. Yuranın sözlərinə görə, komandanın futbolçuları və məşqçilər heyəti maaş almır.
Yuran bu ilin iyulunda “Serikspor”un baş məşqçisi vəzifəsinə keçmişdi.
Qeyd edək ki, “Ximki”nin keçmiş investoru Tufan Sadıqovun Türkiyə klubunun səhmlərinin 50 faizinə sahib olduğu bildirilir. 11 turdan sonra “Serikspor” 13 xalla Türkiyə birinci liqasının turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.
Aut.az
