“Trabzonspor” “Yunayted”in yetirməsi üçün danışıqlara başladı
Türkiyə klubu “Trabzonspor” “Bernli”nin 28 yaşlı mərkəz yarımmüdafiəçisi Coş Braunhillin xidmətində maraqlıdır.
Aut.az xəbər verir ki, “Mançester Yunayted” akademiyasının yetirməsi olan Braunhill artıq “Trabzonspor”un baş məşqçisi Abdullah Avcı tərəfindən komandanın potensial yeni oyunçusu kimi təsdiqlənib.
Braunhill 2020-ci ilin yanvar ayından “Bernli”də oynayır və komanda bu yay Premyer Liqanı tərk etdikdən sonra Burqundiya komandası oyunçunun müqaviləsini birtərəfli olaraq daha bir mövsüm uzatmaq seçimini aktivləşdirdi, lakin bu fakt onun satılmayacağı anlamına gəlmir.
Braunhillin təxmini transfer qiyməti 15 milyon avrodur.
Aut.az
