“Yunayted”in hücumçu planı: Siyahıda 4 ad var
“Mançester Yunayted” qış transfer pəncərəsində yeni hücumçu almaq niyyətindədir.
Aut.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, mankunianlıların qısa siyahısına dörd namizəd daxildir: Brayan Mbemo (“Brentford”), Metyus Kunya (“Vulverhempton”), Liam Delap (“İpsviç”) və Conatan Deyvid (“Lill”).
Qeyd olunur ki, hər dörd forvardı bir müddətdir ki, “Mançester Yunayted” skautları yaxından izləyir. Bununla belə, yeni hücumçu ilə müqavilə imzalamaq üçün “Yunayted” maliyyə fair-play qaydalarına əməl etməlidir. Buna görə də transfer pəncərəsinin sonuna kimi Alexandro Qarnaço, Kobbi Mayn və ya Markus Reşfordun klubu tərk edəcəyi gözlənilir.
Aut.az
