İngiltərə

Premyer Liqanın Şöhrət Zalının 26-cı üzvü görün kim oldu – FOTO

Eden Azar Premyer Liqanın Şöhrət Zalına daxil edilib.

Aut.az xəbər verir ki, “Çelsi”nin keçmiş yarımmüdafiəçisi Premyer Liqanın  Şöhrət Zalının 26-cı üzvü olub.

Belçikalı futbolçu 2012-2019-cu illərdə London klubunda çıxış edib. “Mavilər”lə Hazard iki İngiltərə Premyer Liqası, iki Avropa Liqası, bir İngiltərə Kuboku və bir Liqa Kubokunu qazanıb.

Premyer Liqanın Şöhrət Zalı, 1992-ci ildə yarandığı gündən bu yana uğur qazanmış və yarışın tarixinə mühüm töhfə vermiş oyunçuları tanımaq üçün yaradılmışdır.

Premyer Liqanın Şöhrət Zalının 26-cı üzvü görün kim oldu - FOTO

Aut.az