İngiltərə

Biri qalacaq, digərləri satılacaq

“Mançester Yunayted” rəhbərliyi komandanın hazırkı müdafiə xəttinin tərkibinə ciddi şəkildə yenidən baxmaq niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Mənbəyə görə, “qırmızı şeytanlar”ın yeganə toxunulmaz müdafiəçisi Lisandro Martinezdir. Digərləri – Rafael Varan, Conni Evans, Viktor Lindelof və Harri Maquayr yayda satıla bilərlər.

“Mançester Yunayted”in bu oyunçuların yerinə “Everton”un müdafiəçisi Jerred Brantvayt, “Bavariya”nın futbolçusu Matthiys de Liqt və “Nitsa”nın üzvü Yan-Kler Todibonu nəzərdən keçirdiyi vurğulanır.

Xatırladaq ki, Premyer Liqanın 20 turundan sonra “Mançester Yunayted” 32 xal toplayaraq 7-ci pillədə qərarlaşıb.