137 illik tarixdə belə şey olmamışdı
İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində “Arsenal” səfərdə “Mançester Yunayted”ə minimal hesabla qalib gəlib.
Aut.az xəbər verir ki, bu qələbə “topçular” üçün cari mövsümdə 27-ci olub. Bu da klubun 137 illik tarixində rekord göstərici olub.
“Arsenal” İngiltərə çempionatında keçirdiyi 37 oyundan 86 xal toplayıb. London klubu turnir cədvəlində birinci yerdədir və “Mançester Siti” ilə çempionluq mübarizəsini davam etdirir. “Şəhərlilər”in ehtiyatda bir təxirə salınmış oyunu var.
Qedy edək ki, Mikel Artetanın komandası mövsümün son matçını mayın 19-da evdə “Everton”la keçirəcək.
