Əfsanəvi pilot “Arsenal”a niyə təşəkkür edib?
“Formula 1”in yeddiqat çempionu, “Mercedes” komandasının pilotu Lyuis Hemilton İngiltərə Premyer Liqasının son mövsümündəki çıxışına görə “Arsenal”a təşəkkür edib.
Aut.az xəbər verir ki, Hemilton bu barədə sosial şəbəkələrdə paylaşım edib.
“Çox sağ olun. Mən bu komanda ilə fəxr edirəm. Gələn mövsüm bizim olacaq”, – Hemilton yazıb.
“Arsenal” İngiltərə Premyer Liqasının turnir cədvəlini 89 xalla çempion “Mançester Siti”dən 2 xal geri qalaraq ikinci pillədə başa vurub.
Aut.az
