“Real” ondan qurtulmağın yolunu axtarır
“Real” sol cinah müdafiəçisi Ferland Mendinin səhhətindəki müntəzəm problemlər və qeyri-sabit nəticələrə görə, qarşıdakı transfer pəncərəsində onunla yolları ayırmağı planlaşdırır.
Aut.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Real” Mendi ilə hələ yayda vidalaşmaq istəyib. Amma onun transferi üçün yalnız Səudiyyə Ərəbistanından təklif alıb.
Mendi isə bu təklifi qəbul etməyib. Futbolçu Avropada qalmaq niyyətindədir.
Ferland Mendi bu mövsüm “Real”ın heyətində 7 oyun keçirib. 2022-ci ilin yayından bəri fransalı zədə səbəbindən ümumilikdə 29 matçı buraxıb.
Aut.az
