“Alanyaspor”un yeni baş məşqçisi məlum oldu
“Alanyaspor” klubunun yeni baş məşqçisi məlum olub.
Aut.az xəbər verir ki, bölgə təmsilçisi Fatih Təkkəyə tapşırılıb.
46 yaşlı mütəxəssis bu postda Ömər Ərdoğanı əvəzləyib.
“Alanyaspor” Super Liqada 10 turdan sonra 10 xalla 14-cü pillədə qərarlaşıb.
Fatih Təkkə son olaraq 2022/2023 mövsümündə “İstanbulspor”un “sükanı arxasında” olub. O, futbolçu kimi 1997-2008-ci illərdə 25 matçda Türkiyə millisinin formasını geyinib.
